Hiddink PSV-də!

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink çətin günlər keçirən Hollandiyanın PSV klubuna kömək edəcəyinə söz verib.

21.05.2011 | 3781 dəfə oxunub

Bu barədə PSV rəsmisi Tini Sanders açıqlama verib. Sanders bildirib ki, Hiddinkin Amsterdamdakı evində 3 saatadək davam edən danışıqların yekunu olaraq, önəmli qərarlar qəbul edilib. O, qərarları tam açıqlamasa da, hollandiyalı mütəxəssisin kluba kömək edəcəyinə şifahi razı olub." PSV rəsmisi bunu da özləri üçün böyük uğur sayıb. 

Hiddink klubun idarə heyətinə tövsiyələr verəcək. Bununla da 61 yaşlı mütəxəssis PSV-nin yenidən formalaşması üçün əhəmiyyətli qərarların verilməsində böyük rol oynayacaq. Baş məşqçi postunda isə dəyişiklik edilməyəcək. Artıq Fred Rüttenin bu vəzifədə qalacağı açıqlanıb. 

Qeyd edək ki, Qus Hiddink 1987 - 1990 və 2002 – 2006-cı illərdə PSV-nin baş məşqçisi olub. Onun rəhbərliyi altında "Eyndhoven" komandası 6 dəfə Hollandiya çempionu olub.

Elmar ƏLİZADƏ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail