Almaniya millisinin daha bir üzvü Bakıya gəlməyə bilər

23.05.2011 | 3937 dəfə oxunub

AVRO-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv daha bir problemlə üzləşib. Stadium.az xəbər verir ki, Bundestimin çalışdırıcısı qarşıdakı 3 oyun ərəfəsində daha bir futbolçunun xidmətindən məhrum ola bilər.

Bu, Münhenqladbax “Borussiya”sında forma geyən Marko Roysdu. Almaniya mətbuatının yazdığına görə, yarımmüdafiəçi sözügedən komandanın heyətindəki son matçında zədə alıb. Hazırda müalicəsi davam etdirilən futbolçu haqda yaxın günlərdə həkimlər qərar verəcək. Onun zədəsinin gec sağalacağı müəyyənləşsə, böyük ehtimalla Bakıya gətirilməyəcək.

Maraq üçün xatırladaq ki, Yoahim Löv Roysdan öncə “Bayern”in yarımmüdafiəçisi Bastian Şvaynştaygeri heyətdən kənarlaşdırmışdı. Sonda Almaniya yığmasının mayın 29-da yoldaşlıq görüşü çərçivəsində Uruqvayla, iyunun 3-də və 7-də isə müvafiq olaraq AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya və Azərbaycanla qarşılaşacağını da vurğulayaq.

Elmar ƏLİZADƏ 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail