"Qarabağ" yenə gerilədi

02.06.2011 | 5296 dəfə oxunub

Dünyanın ən güclü klublarının yeni reytinq siyahısı açıqlanıb. Stadium.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) iyun ayı üçün açıqladığı siyahıda yenə bir Azərbaycan klubu yer alıb.
 
Sözügedən siyahıda hələlik yeganə təmsilçimiz olan “Qarabağ”dı. Ağdam klubu ötən ayla müqayisədə yenə geriləyib. Belə ki, ötən ay 209-cu olan təmsilçimiz Fransanın “Montpellier”, “Sochaux” və “Rennes”, Argentinanın “River Plate”, Almaniyanın “Hannover”, İngiltərənin “Everton”, Meksikanın “Real”, Braziliyanın “Botafogo” kimi klublarıyla birgə 213-221-ci pillələri bölüşür. Bütün bu klublarda olduğu kimi, Qurban Qurbanovun komandasının da hesabında 82 reytinq xalı var.
 
Bütövlükdə isə 400 ən güclü klub arasında birinci yer İspaniyanın “Barselona” klubuna məxsusdu (317 xal). Kataloniya təmsilçisinin əsas izləyicisi isə əzəli rəqibi “Real”dı (307 xal). Portuqaliyanın “Portu” klubu isə Avropa Liqasını qazanmasının məntiqi nəticəsi kimi 291 xalla 3-cü pilləyə yüksəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail