Qus Hiddink: "Bunu Azərbaycan yığması ilə oyunda da göstərməliyik"

11.06.2011 | 3668 dəfə oxunub

“Son günlərdə haqqımda çox şeylər yazılıb. Mən bunların heç birinə cavab vermək istəmirəm. Yalnız onu söyləmək istəyirəm ki, həftələrdir heç bir klubla danışığım, görüşüm olmayıb”. Stadium.Az xəbər verir ki, bu fikirləri Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink deyib. Hollandiyalı mütəxəssis vətənində verdiyi bu açıqlama ilə Londonun “Çelsi” klubuna qayıdacağı ilə bağlı iddialara hələ ki son nöqtə qoyub. 

Milli komandamızın Avro-2012-nin seçmə mərhələsində rəqibi olan Türkiyə yığmasının təcrübəli çalışdırıcısı son görüşdüyü Belçika yığması ilə səfər oyununda bəxtlərinin gətirdiyini etiraf edib: “Doğrusunu söyləmək lazımdır, Belçikadan yaxşı qurtulduq. Bu görüşdə əldə etdiyimiz 1:1 hesablı heç-heçə final mərhələsinə qatılmaq üçün ipləri əlimizə verdi. Artıq bundan sonra hər şey bizə bağlıdır. Bu nəticə bizi böyük ölçüdə rahatlaşdırdı. Brüsseldən çox ucuz qurtulduq. Rəqibin qaçırdığı penalti zərbəsi bizim üçün böyük bir şans oldu”.

Seçmə mərhələdə qalan oyunlara münasibətini bildirən Hiddink son görüşü keçirəcəyi millimizlə ev oyununa önəm verib. O, Bakıda uduzduğu rəqib də daxil olmaqla, hər 4 oyunda qalib gəlmələrinin vacibliyini söyləyib: “Artıq son 4 oyunumuz var. Qazaxıstan, Almaniya və Azərbaycanla evdə oynayacağıq. Yalnız Avstriya ilə səfər görüşünə çıxacağıq. Qrup ikinciliyi üçün yeganə rəqibimiz Belçika görünür. Onlar çox yaxşı komanda qurublar. Amma Belçikaya yenilməməyimiz 2-ci yer üçün bizi daha şanslı duruma gətirdi. Qalan oyunlarda biz də bunu göstərməliyik. Hər hansı bəxtsizlik olmazsa, Türkiyə qrupdan çıxacaq”.

Qeyd edək ki, 3-cü yerdə gedən Türkiyə 2-ci pillədə olan Belçikadan 1 xal geri qalsa da, bir oyunu ehtiyatda var.

Elmar ƏLİZADƏ 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail