Türkiyə və Azərbaycan millisindən inamlı qələbə-YENİLƏNİB

13.06.2011 | 3636 dəfə oxunub

Dünən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Caspian Cup turnirində qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Stadium.az xəbər verir ki, turnirin A qrupunda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan, B qrupunda isə İspaniya, Gürcüstan, Qazaxıstan və Tacikistan yığmaları mübarizə aparır.

Qeyd edək ki, ikinci oyun gününün ilk iki görüşündə Gürcüstan Tacikistanı, İspaniya isə Qazaxıstanı böyük hesabla məğlub edib. Millimiz isə ikinci sınağında Özbəkistanla qarşılaşıb və növbəti qələbəsini qazanıb. Lakin təəssüf ki, komandamız 4 cavabsız qolla öndə olduğu vaxt rəqibinə 2 qol vurmağa imkan verib. Beləcə, ilk dəfə olaraq bu turnirdə böyükhesablı nəticə qeydə alınmayıb. Günün son matçında isə Qırğızıstanla Türkiyə öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər. "Ay-ulduzlular" bu dəfə də rəqibini darmadağınla keçiblər.

Sabah turnirdə istirahət günüdü. İyunun 14-də baş tutacaq qrup mərhələsinin son turunda Qazaxıstan Tacikistanla, Özbəkistan Qırğızıstanla, millimiz Türkiyə, İspaniya Gürcüstanla qarşılaşacaq.

Caspian Cup
12 iyun

B qrupu

Tacikistan – Gürcüstan – 0:3

Qazaxıstan – İspaniya – 0:8
1 İspaniya 2 2 0 0 14 - 0 6
2 Gürcüstan 2 2 0 0 8 - 1 6
3 Tacikistan 2 0 0 2 0 - 9 0
4 Qazaxıstan 2 0 0 2 1 - 13 0


A qrupu

Özbəkistan - Azərbaycan - 2:4
Qol: Ruslan Nəsirli, 9 (0:1), Ruslan Nəsirli, 18 (0:2), Şirməmməd Məmmədov, 24 (0:3), Coşqun Diniyev, 54 (0:4), Muhiddin Odilov, 68 (1:4), Rövşən Xursanov, 70-pen (2:4).

Qırğızıstan - Türkiyə - 0:3
1 Türkiyə 2 2 0 0 9 - 0 6
2 Azərbaycan 2 2 0 0 7 - 2 6
3 Qırğızıstan 2 0 0 2 0 - 6 0
4 Özbəkistan 2 0 0 2 2 - 10 0



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail