Jarve Martel:"Hafiz Məmmədov bizim üçün çox yaxşı tərəfdaşdır"

23.12.2013 | 4621 dəfə oxunub

Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu Fransanın ikinci liqa təmçsilçisi "Lans" klubunun prezidenti Jarve Martel 2013-cü ilin yekunları ilə bağlı açıqlma verib.

Stadium.az xəbər verir ki,  klub prezidenti yerli mətbuata müsahibəsində Hafiz Məmmədovun “Lans”ın səhmlərini almasının onlar üçün bu ilin ən mühüm hadisəsi kimi dəyərləndirib .

"Komanda olaraq bu mövsüm bilet satışından 4,2 milyon avro gəlir əldə etmişik. Ondan 400 min avro stadionun icarəsinə, 1,4 milyon texniki xidmətə və təxminən 1 milyon avro isə təhlükəsizliyin təmin edilməsinə xərclənir. Transferlərə gəlincə, hələlik rəsmi bir şey yoxdur. Biz Hafiz Məmmədovla addım-addım irəliləyirik. Hafiz Məmmədov bizim üçün çox yaxşı tərəfdaşdır. Başa çatmaqda olan 2013-cü ilin ən mühüm hadisəsi kimi ilk olaraq Hafiz Məmmədovun “Lans”ın səhmlərini almasını qeyd edərdim. İkinci mühüm hadisə komandanın qısa zaman kəsiyində sürətli inkişafı, üçüncü isə baş məşqçi Antuan Kombuare və onun futbolçularında olan nizam-intizamdır". 


Qeyd edək ki, "Lans" klubu Fransa ikinci liqasında 18 turdan sonra 32 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail