“Qalatasaray” bizə dərs verdi

26.12.2013 | 3727 dəfə oxunub

Arturo Vidal Çempionlar Liqasındakı məğlubiyyətin kədərini yaşamaqda davam edir.

Stadium.az xəbər verir ki, “Yuventus”lu futbolçu Türkiyə təmsilçisindən dərs aldıqlarını bildirib. La Gazetta dello Sport-a müsahibə verən Vidal həmin oyunu unuda bilmədiyini deyib. “O matçda hər kəsin öz taleyini müəyyən edə biləcəyini gördük. Həmin oyundan sonra həm əsəbi, həm də kədərli idim. Ancaq bu, həm də bizim üçün böyük dərs oldu”, - deyən ulduz futbolçu, “gələcəkdə bunun faydasını mütləq görəcəyik”, - deyə fikirini tamamlayıb.

UEFA Avropa Liqasında mübarizəni davam etdirən komandası haqqında danışarkən, “final Turində keçiriləcək. Bu, bizim üçün Avropa Liqası kuboku uğrunda mübarizə aparmağımıza gözəl stimuldur”, - deyə bildirib.

Qeyd edək ki, UEFA Avropa Liqasında mübarizə aparacaq “Qoca sinyora”nın növbəti mərhələdə rəqibi Qara dəniz təmsilçisi “Trabzonspor” olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail