“Hafiz Məmmədovun “Lans”a sahib olmasından sonra komandamızda irəliləyiş hiss olunur"

03.01.2014 | 3945 dəfə oxunub

“Hafiz Məmmədovun “Lans”a sahib olmasından sonra komandamızda irəliləyiş hiss olunur. Onun gəlişi futbolçularımıza yeni impuls verib. Amma bu, bizi arxayın salmamalıdır. Hazırda “Lans”ın üzvləri hədəfə yetişmək üçün həmrəy olmalıdır”. Stadium.az xəbər verir ki, bu sözləri “Lans”ın futbolçusu Ələddin Yahia bildirib.

2008-ci ildən “Lans”ın şərəfini qoruyan Yahia komandasının yüksək liqaya çıxmaq uğrunda mübarizə apardığını söyləyib. O, bunun çətin olacağını desə də, istəklərinə nail olacaqlarına inandığını ifadə edib: “Biz ən azı “Lans”ın azarkeşlərinə görə bunu etməliyik. Birinci liqaya vəsiqə qazanmasaq, azarkeşlərimizə haqsızlıq etmiş olarıq”. 

Təcrübəli futbolçu klubun sahibi Hafiz Məmmədov haqda danışarkən deyib: “O, futbolu sevən insandır, bura təsadüfən gəlməyib. O, bizim kluba investisiya yatırır.  Hafiz Məmmədovun gəlişindən sonra komandamız düzəlir. Mən inanıram ki, bu ilin may ayında “Lans” birinci liqaya yüksəlməsini qeyd edəcək”.     
 
Hazırda Fransa çempionatının ikinci liqasında yarışan “Lans” 18 oyundan 32 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. İkinci liqanın əsasnaməsinə görə, yekunda ilk üç yeri tutan komanda birinci liqaya vəsiqə qazanır.

Qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail