"Qalatasaray" Xocalı Soyqrımıns yox dedi

17.02.2014 | 4048 dəfə oxunub

Bir müddət öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün aksiyaya start verdiklərini bəyan ediblər. Stadium.az xəbər verir ki, qurum katibliyinin əməkdaşları UEFA-ya, habelə “Qalatasaray” və “Çelsi” futbol klublarına müraciət edərək, 2014-cü il fevralın 26-da bu komandaların İstanbulda UEFA Çempionlar Liqası çərçivəsində baş tutacaq oyununda Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini və oyunçuların qollarına qara lent bağlayaraq, meydançaya çıxmaları təklifini irəli sürüblər.

Azərbaycanın İstanbuldakı baş konsulluğu da məsələni diqqətdə saxlayaraq müraciətin reallaşması üçün işlər aparır. Bu barədə Modern.az saytına Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirib. Onun sözlərinə görə, hazırda Xocalı soyqırımı ilə bağlı tədbirlərə hazırlıq işləri gedir və sözügedən məsələ də diqqətdə saxlanılır.

“Ancaq hələ ki, bizə rəsmi cavab verilməyib. Gərək AFFA da bu işlə məşğul olsun. Nəticələri bilən kimi, mətbuata əlavə məlumatlar veriləcək”, – deyə Zeynalov qeyd edib.

“Qalatasaray” klubunun İstanbuldakı ofisindən Modern.az-a verilən məlumata görə isə UEFA bu kimi məsələləri yasaq edib və bunun böyük cəriməsi var.

“Azərbaycanlı qardaşlarımızın bütün dərdləri bizim dərddir. Ancaq belə məsələlərə icazə verilmir” – deyə klubdan bildirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail