Azərbaycanlı Türkiyədə çempion oldu
İstanbulda 27-ci Beynəlxalq “Boğaziçi” açıq karate turniri davam edir. Stadium.az xəbər verir ki, yarışın ikinci günü 18-20 yaşlı gənclər və böyüklərin döyüşləri keçirilib. Karateçilərimiz 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olublar. Turnirin favoritlərindən Rəfael Ağayev (-75 kq) və Niyazi Əliyev (-67 kq) çempion olublar. Rafiz Həsənovla (-67 kq) Tural Balcanlı yalnız finalda qələbəni əldən veriblər. Ayxan Mamayev (-84 kq), Şahin Atamov və Orxan Heydərli (hər ikisi +84 kq) isə bürünc mükafatlarla kifayətlənməli olublar. Milli komandamızın üzvlərindən N.Əliyevlə R. Həsənov qızıl medal uğrunda, Ş.Atamovla Asiman Qurbanlı (+84 kq) isə üçüncü yerə çıxmaq üçün mübarizə aparıblar. Bazar günü komanda kumite və komanda kata yarışları keçiriləcək. Azərbaycan karateçiləri həm kişi, həm də qadınların komanda kumite turnirində çıxış edəcəklər. İdmançılarımız ayın 8-də Bakıya dönəcəklər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |