"Beşiktaş" futbolçularının yarısın qovur - TAM SİYAHI BURADA

30.04.2014 | 4031 dəfə oxunub

Türkiyə Super Liqasında və ölkə kubokunda istədiyi oyunu sərgiləyə bilməyən “Beşiktaş” rəhbərliyi radikal qərarlar qəbul edib. Stadium.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi bütün əcnəbi futbolçuları komandadan yollayır. Belə ki, Ramon Motta, Atiba Huckinson və Pedro Franko istisna olmaqla, qalan legionerlərə mövsüm bitən kimi qapı göstəriləcək. İcarə əsasında komandada çıxış edən Dani və Jeremin Jenas öz klublarına qaytarılacaq. Julien Eskude, Huqo Almeyda və Manuel Fernandeslə yeni müqavilə imzalanmayacaq. Müqavilələri davam edən Tomas Sivokla Filip Holoskodan isə özlərinə klub tapmaları tapşırılıb. İcarə əsasında “Korintians”dan gələn Mottanın isə bonservisi klubundan alınacaq.

“Fulhem”dən 3.150 milyon avroya alınan Kərim Frey isə istəniləni göstərə bilmədiyi üçün başqa komandaya icarəyə veriləcək. Eləcə də gənc futbolçu Məhəmməd Dəmirçi. Uğur Boral və Gökhan Süzənlə də mövsümün sonu yollar ayrılacaq.

Komandadan uzaqlaşdırılan İbrahim Toramanla Sezer Öztürkün isə düşərgədə qalması gözlənilir.

“Rubin”dən icarə əsasında “Beşiktaş”a gələn Gökhan Törə üçün isə Kazan klubuna 3.5 milyon avro təklif olunacaq. Əgər “Rubin” bu təklifi qəbul edərsə, o zaman Törə də alınacaq.

Komandaya gələcək futbolçularında kimliyi artıq bəlli olmaqdadır. “Mançester Siti”dən Leskotun transferi bitmiş kimidir. Bundan başqa “Verder”dən Aron Hunt, “Çelsi”dən isə Samuel Etoyla da danışıqlar aparılır. Daha bir oyunçu da “Çelsi”yə məxsus, amma “Seviliya”da icarə əsasında oynayan almaniyalı Marko Marindir. Klub rəsmiləri onu da düşərgəyə gətirməyə cəhd edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail