"Lans"ın prezidenti: "Mən Azərbaycan prezidentinin gözlərində "Lans"ın necə mühim layihə olduğunu gördüm"

17.05.2014 | 3527 dəfə oxunub

Bir neçə gün öncə Fransa prezidenti Fransua Ollandla Azərbaycana işgüzar səfərə gələn Jerve Martel ölkəsinə qayıdar-qayıtmaz mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, Martel öncə ölkə prezidenti ilə səfərin təəssüratlarından danışıb: "Azərbaycana budəfəki gedişimdə prezident səfərinin sirrlərini aşkarladım. Gördüyüm hər şeylə maraqlanırdım. Ölkə prezidenti və idman nazirliyinin sayəsində çoxsaylı tədbirlərdə iştirak etdim. Azərbaycanla Fransa üçün iqtisadi cəhətdən faydalı çoxlu sayda müqavilələr imzalandı. Hər şey heç də bizim Azərbaycanla tərəfdaşlığımız qədər müsbət ola bilməz. İki gün ərzində ölkə prezidentinin fəaliyyətini gördüm və buna hörmətlə yanaşıram. Hər şey çox maraqlı idi. Bu səfər "Lans" üçün ancaq yaxşı şeylər vəd edə bilər. Mən prezidentin gözlərində "Lans"ın necə mühim layihə olduğunu gördüm. Hansı ki, bu layihə "Luvr" səviyyəsində münasibətlərin yaranmasına gətirib çıxardı. Bu, həmçinin Bakıda "Lans"a olan münasibətə yoxlama xarakterli baxış idi. Onlar "Lans"dan daha böyük uğurlar - Çempionlar Liqasının finalında oynamağı gözləyirlər. Hətta bəziləri məni tanıdı, şəklimi çəkdilər. Eyni zamanda, "İrəli, "Lans" şüarı səsləndirənlər də oldu".

Hafiz Məmmədovla da görüşdüyünü bildirən Martel həmişə olduğu kimi, bu dəfə də onun dəstəyini hiss etdiyini vurğulayıb: "O, bugünkü oyunun nəticəsini gözləyir. Amma bu görüşdən sonra özümü heç də zədəli hiss eləmirəm. İl ərzində olduğu kimi, Hafiz Məmmədov yenə bizə inanır. O. oyunu Bakıda izləyəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail