Foqts FIFA-ya etiraz etdi

18.06.2014 | 3717 dəfə oxunub

"İspaniyanın Hollandiyaya 1:5 hesabı ilə uduzması mənim üçün mundialın ilk böyük sensasiyası oldu. Artıq hər şey Çili ilə oyunda həll olunacaq. İspanlar bu turnirin onlar üçün gözləniləndən də çətin olacağını anladılar. Ancaq unutmayın ki, 4 il əvvəl, "DÇ-2010"nun finalında İspaniya Hollandiya ilə görüşdə əla oyun nümayiş etdirmişdi". Stadim.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında deyib.

Almaniyalı mütəxəssis "tiki-taka" taktikasının artıq süquta uğradığını bildirib: "Lui van Qal "tiki-taka"ya qarşı necə oynamaq lazım olduğunu göstərdi. İspanlar sürətli hücumlar zamanı yüksək təzyiq yaradırlarsa, müdafiədə eyni oyunu nümayiş etdirə bilmirlər. Düşünürəm ki, həmin oyunun nəticəsi 6:1 və ya 7:1 da ola bilərdi. Məncə, artıq "tiki-taka" süquta uğrayıb. Ümumiyyətlə, bu taktika məni qane etmirdi. Dünya çempionatı göstərir ki, müasir futbolda mümkün qədər tez qol vurmalısan. Məni belə oyun qane edir. Hollandiyaya məğlubiyyət ispanlar üçün acı həb oldu. Ancaq onların qarşıda iki oyunları var. Əlbəttə, Visente del Boske harada və hansı futbolçularda problemlərin olduğunu görür. Ona görə İspaniya millisini hesabdan silmək olmaz".

Mundialın hakim idarəçiliyindən şikayətlənən Foqts bu haqda belə deyib: "Sual verirəm: niyə ən yaxşı futbolçuların mübarizə apardığı dünya çempionatında ən yaxşı hakimlər idarəçilik etmirlər? Mundialda bütün qitələrin təmsil olunması yaxşı ideyadır. Ancaq bu yanlış yanaşmadır. Bu, oyunların keyfiyyətinə də təsir edir. Əgər 3 ingilis, 3 alman və 3 italyan hakim hazırda ən yaxşıdırsa, qoy onlar mundialda da ədaləti təmsil etsinlər. Əgər bir isveçli hakim varsa, yığması dünya çempionatında olmasa belə, o mundialda iştirak etməlidir. FİFA bu barədə düşünməlidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail