Çexiyalı futbolçu: "Bakıda futbola maraq yox idi"

27.06.2014 | 4181 dəfə oxunub

"İnter"in keçmiş hücumçusu İvo Taborski Bakı klubunu yada salıb. Stadium.az xəbər verir ki, Çex futbolçu Azərbaycandakı sərgüzəştlərindən danışıb: “İnter"də çoxlu legionerlər çıxış edirdi. Məsələn, 3 ispaniyalı, iki fransız futbolçuları vardı. Əla futbolçular idilər və onlardan çox şey öyrəndim. Orada yaşayış yaxşıdı, şəhər gözəldi, maliyyə baxımından problem yoxdu. Yeni stadionlar, binalar və sair tikilirdi. Çünki 2015-ci ildə orada Avropa oyunları keçiriləcək. Məni təəccübləndirən insanların futbola gəlməməsi oldu. Halbuki, oyunlara giriş pulsuz olurdu. Bakıda futbola maraq yox idi. Beş paytaxt klubu olsa da, onların oyunlarına təxminən 500 azarkeş gəlirdi".

İvo "İnter"in baş məşqçisi Kaxaber Tsxadadzenin yeganə hücumçu kimi oğlu Baçananı oynatdığını da bildirib: "Son 1-2 ayda mən ümumiyyətlə oynamırdım. Bəzən sonradan meydana çıxırdım, yarım saat oynayırdım. Komanda 5-4-1 taktikası ilə çıxış edirdi. Meydana isə yeganə hücumçu kimi baş məşqçinin öz oğlu çıxırdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail