"Avropanın ən yaxşı futbolçusu" mükafatı təsis olundu

19.07.2011 | 3701 dəfə oxunub

UEFA Avropada futbol mövsümünün yekunlarına əsasən ən yaxşı oyunçuya mükafat təqdim edəcək.

Stadium.Az xəbər verir ki, belə bir qərar qurumun prezidenti Mişel Platininin Avropa İdman Mətbuatı Assosiasiyası "European Sports Magazines"lə (ESM) birgə təşəbbüsü ilə qəbul olunub. 

Yeni mükafat sahibi milliyyətindən, təmsil etdiyi klubdan asılı olmayaraq mövsüm ərzində çıxış etmiş istənilən futbolçu ola bilər. Oyunçular 2010-2011-ci il mövsümündə daxili və beynəlxalq yarışlarda klub və yığma səviyyələrində çıxışlarına əsasən qiymətləndiriləcəklər.

Münsiflər heyətinin tərkibi 53 məşhur idman jurnalistindən formalaşacaq. Onların hər biri UEFA üzvü olan ölkənin futbol assosiasiyasını təmsil edəcək. Əvvəlcə jurnalist 3 namizəd seçəcək və onları müvafiq olaraq 5, 3, 1 balla qiymətləndirəcək.

Ən yaxşı bal toplayan 3 futbolçu səsvermənin final mərhələsinə çıxacaq. Onların adları iyulun 25-də bilinəcək. Qalib isə Çempionlar Liqasının qrup mərhələsinin püşkü atıldığı gün - 25 avqustda Monakoda elektron səsvermə yolu ilə müəyyənləşəcək.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail