Hafiz Məmmədov "Lans"ın prezidentinə qəzəbləndi

07.07.2014 | 3298 dəfə oxunub

"Bakı" klubunun prezidenti Hafiz Məmmədov əsas səhmdarı olduğu Fransa "Lans"ının rəhbərliyində dəyişiklik etməyi qərara alıb. Stadium.az xəbər verir ki, bununla bağlı azərbaycanlı iş adamı yazılı açıqlama yayıb. Bu barədə "L Equipe" nəşri yazıb.
 
Açıqlamada "Lans"ın hazırkı prezidenti Jerve Martelin son olaylarda tutduğu mövqe tənqid olunub. Məmmədov "Lans"ın Fransanın yüksək liqasında iştirakına dair bütün təminatları verdiyi halda, İdarəetməyə Nəzarət üzrə Milli Direktorat tərəfindən klubun elitaya buraxılmamasında Marteli günahkar sayıb. 
 
Məmmədov məktubunda yazıb: "Baş vermiş olaylar fonunda "Lans" rəhbərliyində dəyişikliklər aparacağımdan əminəm. Dəyişikliklər tezliklə elan olunacaq. Klubun baş sponsoru və səhmlərinin böyük hissəsinin sahibi kimi maraqlarımın lazımi qaydada təmin olunduğunu və maraqlarıma cavab verildiyini hiss etmirəm".
 
Klubun sahibi "Lans"ı yüksək liqaya qaytarmaq üçün bütün lazımi işləri görəcəyinə və ondan şəxsi məqsədləri üçün istifadə etməyəcəyinə söz verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail