Şimali Koreyada dünyada analoqu olmayan futbol yalanı

13.07.2014 | 3811 dəfə oxunub

Koreya Xalq Demokratik Respublikası (KXDR) telekanallarından biri ölkənin futbol üzrə yığma komandasının Braziliyada keçirilən dünya çempionatında uğurlu çıxış etdiyi barədə məlumat yayıb. Stadium.az saytı xəbər verir ki, hazırlanan reportajda millinin qrupda keçirdiyi hər 3 oyunda qələbə qazandığı və finala çıxdığı qeyd edilib. Guya ki, Şimali Koreya qrup mərhələsində Yaponiyanı 7:0, ABŞ-ı 4:0, Çin isə 2:0 hesabı ilə üstələyib.

Mundialdan xəbərsiz koreyalı jurnalistlər yığmalarının qızıl medal uğrunda görüşdə Portuqaliya ilə qarşılaşacağını bildiriblər. Bu azmış kimi, reportajda koreyalı futbolçuların hansısa oyundan kadrlarını, koreyalı azarkeşləri, mundialın oyunlarının baş tutduğu stadionları, hətta KXDR lideri Kim Çen İnin bu münasibətlə Braziliyada olduğunu qeyd ediblər.

 Şimali Koreya yığması Braziliyada başa çatmaq üzrə olan dünya çempionatına qatılmayıb. Mundialın finalında isə bu gün Almaniya və Argentina yığmaları üz-üzə gələcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail