Babadan ataya, atadan oğula keçən mükafat

25.07.2011 | 4375 dəfə oxunub

Argentinada başa çatan Amerika kuboku qeyri-adi hadisə ilə əlamətdar olub. Stadium.Az xəbər verir ki, yarışın qalibi olan Uruqvay yığmasının lideri Dieqo Forlan ailə ənənələrinin davamçısı kimi görünməmiş nailiyyəti rəsmiləşdirib.

Belə ki, Amerika kuboku Forlan ailəsinin 3 nəsli üçün qələbə ilə yadda qalıb. Dieqoya qədər onun atası və babası da bu yarışın qalibi olublar. Babadan ataya, atadan oğula keçən mükafatı 1959-cu ildə Xuan Karlos Kurasso qazanmışdı. 8 il sonra isə Dieqonun atası Pablo Forlan Amerika kubokunda çempion adına sevinib. Atasının uğurunu 44 ildən sonra təkrarlayan oğul Forlan dünya futbol tarixində yeni səhifə yazıb.

Məsələ ondadır ki, FİFA bayrağı altında keçirilən heç bir beynəlxalq yarışda baba, ata və oğul çempion adını qazanmayıb.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail