"Partizan"ın baş məşqçisi: "Neftçi" ilə oyunların heç bir əhəmiyyəti qalmayacaq"

16.08.2014 | 3171 dəfə oxunub

"Neftçi"nin Avropa Liqasının "play off" mərhələində rəqibi olan Serbiyanın "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Serbiya ölkəsinin mətbuatına açıqlama verib. Stadium.az xəbər verir ki, baş məşqçi komandada pis vəziyyətin olduğun etiraf edib: 

"Bəli, komandada problemlər var. Ancaq biz çıxış yolu tapmalıyıq. Qarşıda bizi vacib oyunlar gözləyir və bu matçlarda qələbə qazanmalıyıq.

Komandada çox pis atmosfer yaranıb. Futbolçular maaşlarını ala bilmədikləri üçün məşqlərə çıxmırlar və onların etirazları davam edir. Bəzi futbolçular komandanı tərk etmək istəyirlər. Artıq Miladin Stepanoviçin komandadan ayrıldığını yazırlar. Bu barədə mətbuatdan oxuyuruq. O, çox təcrübəli futbolçudur, məşqlərini davam etdirməli və komandanın yanında olmalıdır. Bizim ağ bayraq qaldırmaq fikrimiz yoxdur. Komandamla fəxr edirəm. Biz heç bir futbolçunun komandadan getməsinə imkan verməməliyik. Ancaq klubun da bizim qarşımızda öhdəlikləri var və onlar bunu yerinə yetirməlidirlər. Əks təqdirdə "Neftçi" ilə oyunların heç bir əhəmiyyəti qalmayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail