"Partizan"ın prezidenti nəyə təəssüfləndi?

27.08.2014 | 2364 dəfə oxunub

Serbiyanın "Partizan" klubunun prezidenti Draqan Dyuriç Avropa Liqasının "play-off" oyunundan öncə Azərbaycanın ümumilli lideri Heydər Əliyevin Belqraddakı abidəsi ilə bağlı yaranan qalmaqallı olaya münasibət bildirib.
 
Stadium.Az xəbər verir ki, klub başçısı olanlara görə üzüldüyünü deyib. O, bu təxribatın yersiz olduğunu söyləyib: "Partizan" bu hadisəyə görə təəssüflənir. "Neftçi" və "Partizan" arasındakı bu oyunlar zamanı yaranan belə bir yersiz və ekstremal təxribatdan çox narazıyıq. Biz hesab edirik ki, bu, Azərbaycan və Serbiya arasındakı əməkdaşlığa, dostluq münasibətlərinə zərbə vurmaq cəhdidi. İnanırıq ki, bu cəhd uğursuzluqla nəticələnəcək və insidentdə günahı olanlar hüquqi cəzalarını alacaqlar".

"Partizan"ın prezidenti sözügedən hadisə ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət də edib: "Bizim arzumuz Serbiya və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərini daha da inkişaf etdirməkdi".

Bir neçə gün öncə sosial şəbəkələrdə Heydər Əliyevin Belqraddakı abidəsi üzərində qondarma DQR-in bayrağı, eləcə də gənc oğlanın ədəbsiz jest nümayiş etdirdiyi şəkil paylaşılmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail