Berti Foqts sualdan yayınaraq, konfrans zalını tərk etdi

09.09.2014 | 3138 dəfə oxunub

“İki kobud səhvə yol verdik. Rəqib də bundan yararlandı. Hesabı bərabərlışdirsək də, təəssüf ki, qol buraxdıq. 70 dəqiqə rəqiblə bərabər səviyyədə oynadıq. Sonra güc qalmadı və səhvlərə yol verdik”.

Stadium.Az xəbər verir ki, bunu millimizin baş məşqçisi Berti Foqts Bolqarıstana uduzduqları oyundan sonra deyib. Almaniyalı mütəxəssis qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- Eksperimentlərinizin nəticəsi bu idi?
- Müdafiədə çətinliklər vardı. Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçu yox idi.
 
- 70 dəqiqədən sonra oynaya bilməməyimizin səbəbi nədi?
- 10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklarda klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm.
 
- Azərbaycan yığması bu oyunla hara gedir? Təkcə Maltanı udmaqla, AÇ-yə çıxacağıq?
- Sözsüz ki, bu matçdan sonra işimiz çətinləşdi. Mən qələbə düşünmüşdüm. Amma belə olmadı.
 
- Son görüşlərdən sonra millini gələcəyinə dair ümidləriniz var?
- Əlimizdə olan futbolçulardan istifadə etməliyəm. 4 braziliyalı futbolçudan yararlana bilmərəm. İşimiz çoxdur. Mən gənclərə inanıram.


 - Rüfət Dadaşovu 90 dəqiqə oynatdınız. Onu hansı keyfiyyətlərinə görə yığmaya çağırırsınız?
Foqts bu suala almanca cavab verib, konfrans zalını tərk etdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail