Lyuboslav Penev: "Şanslarımızdan yararlandıq"

09.09.2014 | 2556 dəfə oxunub

Bolqarıstan millisinin baş məşqçisi Lyuboslav Penev AÇ-2016-nın seçmə mərhələsində millimizi məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Stadium.Az xəbər verir ki, yığmamıza gələcək oyunlarda uğurlar arzulayan Penev daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 
- Bolqarıstanda hansısa baş məşqçini istefaya göndərmək üçün o, neçə dəfə uduzmalıdır?
- Bu, mənə aid olmayan sualdır, buna qarışmaq istəmirəm. Mən ancaq özümə aid suallara cavab vermək istəyirəm. Nəticə yoxdursa, baş məşqçi istefa verməlidir. Amma gəlin, oyundan danışaq.

- Matçdan öncə bolqarlar Bakıda 2 qol vuracaqlarını deyirdilər. Bu inam hardan yaranmışdı?
- Mən hələ dünən sizə demişdim ki, Azərbaycan millisinin necə oynadığını bilirik. Bu gün şanslarımızdan yararlandıq.

- Millimizin oyununu Rusiyada da izləmişdiniz. Bugünkü ilə o oyun arasında fərq var idi?
- Mən həmin oyunu izləmişdim. Fərqli oyunlar idi və həmin oyunda yığmanızın zəif cəhətlərini tapmışdım.

- Azərbaycan millisindən belə zəif oyun gözləyirdiniz?
- Bəli, mən gözləyirdim. Biz oyuna 1 aydan çox hazırlaşmışdıq və taktiki cəhətdən komandanızı yaxşı təhlil etmişdik. Bu gün 1 xal qazansaydıq da, mən hesabla razı olardım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail