Kristof Qaltye: "Qarabağ"a "bravo" deyirəm"

18.09.2014 | 3511 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşan "Sent Etyen"in baş məşqçisi Kristof Qaltye oyunla bağlı fikirlərini bildirib. Stadium.Az xəbər verir ki, rəqib çalışdırıcısı komandasının oyunundan razı qaldığını deyib:
 
"Əslində, komandamızdan çox razıyam. Futbolçularım ofsayt vəziyyətlərinə çox düşdü. Hücum futbolu oynadığımızı düşünürəm. Meydanın bütün yerlərində oynaya bilərdik. Hücumlarımızın kəsərli olmamasından narahat deyiləm. Oyun çox çətin idi. Ona görə də müdafiəyə daha çox fikir verirdik.
 
Fransada "Qarabağ"ın oyunlarını izləmişdik. Bu oyunlara baxandan sonra "Qarabağ"a hörmətimiz artmışdı. Bu gün məğlub olmamaq bizim üçün üstünlükdür. Bu oyundan sonra "Qarabağ" haqqında fikirlərimi müsbət yöndə daha da dəyişdi. Qrupda "İnter" favorit olsa da, Qurban Qurbanovun taktiki sxemindən sonra əminliklə deyə bilərəm ki, "Qarabağ" qrupun favoritlərindən biridir.
 
İnanıram ki, Qarabağ Fransada hücum futbolu oynayacaq. Bizim hücum futbolu oynamadığımızı düşünmək, səhv olardı. Növbəti oyunda daha güclü olacağımıza inanıram. "Qarabağ"a qarşı belə oynamağımız normaldır. Çünki, komandanızın heyətində kifayət qədər milli futbolçular da var. Hər birinizə bizə qarşı qonaqpərvərliyiniz üçün təşəkkür edirəm. Komandanıza isə "Bravo!" deyirəm".

Sözügedən qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail