"Qarabağ"la bir pillə irəlilədik

19.09.2014 | 2806 dəfə oxunub

UEFA-nın əmsallar cədvəli açıqlanıb. Stadium.Az xəbər verir ki, Avrokubokların qrup mərhələsinin ilk turundan sonra siyahıda cüzi dəyişikliklər olub.
 
Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsinin startı Azərbaycan üçün də uğurlu olub. Belə ki, "Odlar Yurdu" “Qarabağ”la daha bir addım irəliləyib.
 
Buna Ağdam təmsilçisinin Fransa “Sent-Etyen”i ilə ev oyunundakı qolsuz heç-heçə səbəb olub. Bərabərliyin gətirdiyi 0,250 xal sayəsində son 5 mövsümə əsasən yığılan əmsalımızı cəmi rekord həddə - 11,500 çatıb.
 
Belə artım 29-cu pilləyə yüksəlməyə imkan verib. Bu oyunadək Azərbaycan Slovakiya ilə eyni xala (11,250) malik olsa da, əlavə göstəricilərdə onlardan geri qalırdı. Slovakiyanın yeganə təmsilçisi “Slovan”ın İsveçrədə “Yanq Boyz” önündə darmadağın olması (0:5) da irəliləməyimizə kömək edib.
 
İndi 28-ci olan Sloveniyanı keçmək real görünmədiyindən əsas məqsəd mövqeyimizi qorumaqdır. Çünki Sloveniya bizdən 1,625 xal öndədir. Bunun üçün isə ən azı 3 qələbə və 1 heç-heçə lazımdır. Əslində bu da kifayət deyil. Çünki balkanlılar da xal ehtiyatını artırmaqda davam edəcək.
 
Cari mövsüm əldə olunan xal sayımız isə 2,625-dir. Azərbaycan üçün “Qarabağ” 1,250, “İnter” 0,750, “Neftçi” 0,625 xal gətirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail