Antonio Konte: "Azərbaycanı qiymətləndirməsək, yanılarıq"

20.09.2014 | 2274 dəfə oxunub

AÇ-2016-nın seçmə qrup mərhələsində rəqibimiz olan İtaliya yığmasının baş məşqçisi Antonio Konte maraqlı açıqlamalarla diqqət çəkib. Stadium.Az xəbər verir ki, çalışdırıcı yerli mətbuatın suallarını cavablandırıb.

O, millimiz haqda da danışıb: "Dünya çempionatındakı uğursuzluqdan sonra komandanın əvvəlki əzəmətini qaytarmağa gəlmişəm. Yığma üzvlərinin xarici ölkələrdə oynamaları hər zaman önəmlidi. Balotelli ilə yanaşı, digər futbolçularımız da ölkə xaricində oynayır.

Qrupun favoriti olsaq da, rəqiblərə yuxarıdan aşağı baxmaq olmaz. Xorvatiya və Bolqarıstan kimi güclü rəqiblərlə oyunlara ciddi hazırlaşmalıyıq. Azərbaycan və Malta asan rəqib kimi görünə bilər. Ancaq onları qiymətləndirməsək, yanılarıq. Seçmə mərhələyə qələbə ilə başladıq. Qarşıdakı oyunlarda da qalib gəlməliyik".

İtaliya – Azərbaycan qarşılaşması oktyabrın 10-da Palermo şəhərində baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail