Mourinyo Lampardı tənqid etdi

22.09.2014 | 2542 dəfə oxunub

"Mançester Siti" - "Çelsi" (1-1) qarşılaşmasından sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran qonaq komandanın baş məşqçisi Joze Mourinyo maraqlı açıqlamaları ilə yadda qalıb. Stadium.Az xəbər verir ki, Mourinyo Frank Lampardın "Çelsi"nin qapısına vurduğu qola xüsusi münasibət bildirib.

"Lampard "Mançester Siti"nin oyunçusudur. Mən ehtiras və qəlb barədə əhvalatlara inanmıram. Ola bilər ki, futbolda çox praqmatikəm. Frank "Çelsi"nin rəqibinə keçəndə məhəbbət hekayəsi bitdi. Azarkeşlər onu yaxşı qarşıladılar. "Çelsi" fanatları heç zaman başqa insanların klub üçün etdiklərini yaddan çıxarmır. Mən "İnter"də çalışarkən bunu hiss etmişdim.

Düşünmürəm ki, bu gün baş verənlər emossional idi. Futbolçu əsas rəqibin heyətinə keçirsə, keçmiş komandasına qarşı matçda istirahət üçün deyil, qələbəyə görə oynayır. Belə futbolçu eks klubunun ürəyində olduğunu hesab edə bilər. Amma belə deyil. Ola bilər ki, "Mançester Siti"ni tərk etdikdən sonra hər şey dəyişər. Amma bu, futbolun təbiətidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail