"Qarabağ"ın rəqibinin baş məşqçisi şikayətləndi

25.09.2014 | 2652 dəfə oxunub

“Əgər siz qrafik barədə mənə sual verirsinizsə, deməli, oyunlarımızda həqiqətən də sıxlıq var”. Stadium.az xəbər verir ki, bu sözləri “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.

O, bu gün Fransa çempionatının VII turunun son görüşü olan “Sent-Etyen” - “Bordo” matçı öncəsi qrafikdəki sıxlıqdan şikayət edib. Qaltyenin sözlərinə görə, Avroliqada çıxış edən komandalara güzəşt olunmalıdı. Belə ki, oktyabrın 2-də “Dnepr”lə qarşılaşacaqlarından, VIII turun “Marsel”lə keçiriləcək görüşü bazar ertəsi olmamalıydı.

Qaltye federasiyanın tərtib etdiyi oyun cədvəlinə məcburiyyətdən razılaşdıqlarını bildirib: “Bu hal sizin kimi məni də narahat edir. Neyləyəsən, bu, Fransa futboludu. Sonra da biz UEFA-nın reytinqi haqqında danışırıq. Belə proqram bizə seçim etmək imkanı yaratmır”.

Sentyabrın 18-də “Qarabağ” (0:0) və 21-də “Lans”la (1:0) səfər görüşlərinə çıxan “Sent-Etyen” bu gün qalib gələcəyi halda, lider “Marsel”lə xallarını bərabərləşdirəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail