Valter Matsari: "Qarabağ" az tanınmış olsa da..."

01.10.2014 | 2604 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək "İnter"in çalışdırıcısı Valter Matsarinin mətbuat konfransı baş tutub. Stadium.Az xəbər verir ki, təcrübəli mütəxəssis Ağdam klubuyla görüşə yaxşı hazırlaşdıqlarını deyib:

"Üç gün ərzində hansısa dəyişiklik ola bilməz. "Kalyari" ilə oyun komandada problemlərin olduğunu göstərdi. Ancaq biz həmin məğlubiyyətin təsadüfi olduğunu sübut etməliyik. "İnter"də lider yoxdur" fikri ilə razı deyiləm. Komandada xeyli təcrübəli futbolçularımız var. Vidiç kapitan olmaq istəyərdi. Lakin o, komanda yoldaşlarının dəstəyini görmədi.

Bir neçə futbolçumuz zədə səbəbindən sabahkı oyunda iştirak etməyəcək. Bununla belə, "İnter" təcrübəli komandadır. Hazırda bütün diqqətimi "Qarabağ"la oyuna yönəltmişəm. "Kalyari" ilə müqayisədə onlara qarşı fərqli oyun nümayiş etdirəcəyik. "Qarabağ" az tanınmış olsa da, hazırda yaxşı formadadır. Bu görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

"İnter" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə 00:05-də başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail