Kristof Qaltye "Qarabağ"ı növbəti dəfə təriflədi

03.10.2014 | 3146 dəfə oxunub

"Dnepr"lə matçda 1 xalla kifayətlənən "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye yenə "Qarabağ"dan danışıb. Stadium.Az xəbər verir ki, fransız klubunun çalışdırıcısı Ukayna klubuyla qolsuz başa çatan oyundan sonra mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis yaxşı oynadıqlarını deyib: "Dnepr"ə qarşı çox yaxşı oynadıq. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Ukrayna klubu ilə oyuna çox yaxşı başladıq. Amma sonra matça nəzarəti əldən buraxdıq. Daha yaxşı oyun qururduq və cərimə meydançasına qədər gəlirdik. Futbolçularımın əzmkarlığı məni sevindirdi. Onlar sona qədər qələbə üçün döyüşdülər.

Biz nikbin qalmaq istəyirik. Heç nədən ümidimizi üzmürük. Çünki oyundan-oyuna artıracağıq. Düzü, “Qarabağ”dan “İnter”lə oyunda daha yaxşı nəticə gözləyirdim. Düşünürdüm ki, Azərbaycan klubu qələbə qazana bilər. Ən azından heç-heçəyə ümid edirdim. Çünki “Qarabağ” Milan klubundan xal alsaydı, o zaman bizim işimiz daha asan olardı və şansımız daha çox olardı. Amma yenə fikrimdə qalıram ki, “Qarabağ” qrupun favortilərindən biridir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail