Məşhur qəzet "Qarabağ"dan yazdı

05.10.2014 | 2541 dəfə oxunub

İtaliyanın məşhur "La Repubblica" qəzetinin saytında Ağdamın “Qarabağ” futbol klubu ilə bağlı məqalə yerləşdirilib. Stadium.Az xəbər verir ki, məqalədə azərbaycanlı futbolçuların daim ermənilər tərəfindən işğal olunmuş, dağıdılmış Ağdam şəhəri haqqında düşündükləri qeyd olunub.

Dağlıq Qarabağ münaqişəsi başladıqdan bəri “Qarabağ” klubu oyunlarını Bakıda keçirmək məcburiyyətində qalıb. Dünyada ruhlar şəhəri kimi tanınan Ağdamın bu klubu 1951-ci ildə yaradılıb. Bir zamanlar 60 min əhalisi, gözəl meydanları, küçələri və binaları olan bu şəhər indi xarabalığı xatırladır.

Yazıda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun sözlərinə də yer verilib: “Ümid edirəm ki, öz doğma şəhərimizdə oyun keçirəcəyimiz gün uzaqda deyil. Mən tez-tez Ağdamla bağlı suallar eşidirəm. Bu, məni məyus etsə də xarici ölkələrdə tariximizin diqqət mərkəzində olması bizim üçün önəmli haldır”.

Müəllif oxucuların diqqətinə çatdırır ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından qovulan azərbaycanlıların şərəfini təmsil etdiyi üçün “Qarabağ” klubu “xalqın komandası” da adlandırılır. Klubun keçmiş üzvü, futbolçu Allahverdi Bağırov bu münaqişədə şəhid olan Azərbaycan idmançılarından biridir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail