"Dnepr"in kapitanı "Qarabağ"la oyunlardan danışdı

09.10.2014 | 3005 dəfə oxunub


"Qarabağ"ın Avroliqadakı rəqibi olan "Dnepr"də forma geyən Ruslan Rotan yerli jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az xəbər verir ki, komandanın kapitanı təmsilçimizlə qarşıdakı oyunlardan danışıb.


- "Sent-Etyen" - "Dnepr" matçına harada baxdın?
- Komanda ilə Fransaya getməməyi və evdə qalaraq məşq etməyi qərara aldıq. Yəni, matçı evdə televizordan izlədim.

- İndi hər şey "Qarabağ"la oyunlarda həll olunacaq?
- Düşünürəm ki, həm "Qarabağ"la, həm də "Sent-Etyen"lə oyunlar bizim üçün həlledici olacaq.

- "İnter" artıq əlçatmazdır?
- Çox güman ki, bəli. İtaliya təmsilçisi iki turdan sonra maksimum nəticə qazanıb. Yəqin, biz ikinci pillə uğrunda mübarizə aparacağıq.

- Komandanın hücumçularına nə olub? "Dnepr" artıq üç avrokubok oyununda qol vura bilmir...
- Vurulan və buraxılan qollara hər kəs cavabdehdir. Bütün günahı hücumçuların üzərinə atmaq düzgün olmaz. Söz verirəm ki, yaxın gələcəkdə bu uğursuz seriyanı qıracağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail