"Azərbaycanla oyunda əsas heyətdə meydana çıxmaq əla olardı"

09.10.2014 | 2699 dəfə oxunub

Yenidən İtaliya millisinə cəlb olunan Simone Zaza bir neçə açıqlama verib. Stadium.Az xəbər verir ki, 23 yaşlı oyunçu yığmaya çağırıldığı üçün sevincli olduğunu dilə gətirib.

"Sassuolo" klubunun gənc hücumçusu yığmamızla sabah keçiriləcək matçda əsas heyətdə oynamaq arzusunda olduğunu söyləyib: "Yenidən milli komandaya çağırılmaq istəyirdim.  Şadam ki, bu istəyimə çatdım. Azərbaycanla oyunda əsas heyətdə meydana çıxmaq əla olardı. Zədə səbəbindən bir müddət millidən kənarda qaldım. İndi hər şey yaxşıdır.

Azərbaycanla oyun mənim üçün yaxşı şansdır. İnanıram  ki, sabahkı görüşdə meydanda olacam və baş məşqçinin etimadını doğruldacam. Ola bilsin ki, baş məşqçi Balotelliyə dəvət göndərmədiyi üçün mənə şans verməyi düşünüb. Ancaq mən Balotellinin hər zaman komandamıza kömək etməsini istərdim".

İtaliya - Azərbaycan görüşü sabah Bakı vaxtilə 23:45-də başlanacaq. Qarşılaşma Palermoda, "Renzo Barbera" stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail