Luis Enrike: "O üzr istəyib"

18.10.2014 | 2546 dəfə oxunub

"Barselona"nın baş məşqçisi Luis Enrike "Eibar"la La Liqa oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az xəbər verir ki, gənc məşqçi qarşıdakı oyun və sərəncamında olan futbolçular haqqında fikirlərini bildirib:

"Qarşıdakı matça diqqətimi yönəltişəm. "Eibar" yaxşı komandadır. Məni narahat edən yeganə şey millinin düşərgəsindən qayıdan futbolçuların yorğunluğudur. Rəqib qapanmağı yaxşı bacarır. Səfər qarşılaşmalarında qənaətbəxş nəticələr qazanırlar. Qapısından uzaqda pressinq edən, əks-hücumlarda effektiv oynayan və müdafiəyə tez qayıdan rəqib görəcəyimi güman edirəm.

"Pedronun durumu normaldır. Bu gün yaxşı məşq edib və start heyətində meydana çıxacaq. Düşünürəm ki, Pedro komandaya çox xeyir verir. Onun formada olamaması barədə fikirlərin nədən qaynaqlandığını bilmirəm. Pikenin məsələsinə gələndə, belə şeylər futbolçuların həyatında baş verir. O, üzr istəyib. Mənm üçün bu kifayət edir".

Luis Enrike Suarez barədə açıqlama verib: "Suarez hələ yüz faiz hazır deyil. Uruqvay millisində keçirdiyi oyunlar onun xeyrinə oldu. Luisin tam hazırlığından asılı olmayaraq, onun artıq çəkisi yoxdur. Suarezin əsas heyətdə meydana çıxması Munir və Sandronu "Barca B"yə düşürəcək? Bunun ətrafında təhlillər aparırıq. Bu futbolçular bizimlə məşq edib əvəzedicilərin heyətində oynaya bilər. Hər şey onların şəxsi keyfiyyətlərindən aıslıdır". (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail