Norveç yığmasının çalışdırıcısı mətbuat konfransı keçirdi

04.11.2014 | 2495 dəfə oxunub

AÇ-2016-nın seçmə qrup mərhələsinin növbəti turunda millimizin qonağı olacaq Norveç yığmasının baş məşqçisi Per Matias Hoqmo maraqlı açıqlamalar verib. Stadium.Az xəbər verir ki, çalışdırıcı bu gün keçirdiyi mətbuat konfransında belə danışıb:

"Futbolçuların fiziki hazırlığı baxımından Estoniya ilə yoldaşlıq oyunu bizim üçün vacibdir. Əlbəttə, Azərbaycana qarşı oynayacaq futbolçular Estoniya ilə yoldaşlıq görüşündə 90 dəqiqə meydanda olmayacaqlar. Heyətdə zədəli futbolçularımız var. Bu, oyunumuza təsir göstərəcək.

Coşua Kinq yenidən zədələnib və hazırda özünü yaxşı hiss etmir. Onun bərpa olunması uzun çəkəcək. Soderlundun komandaya qayıtmasına sevindim. O, son oyunlarda özünü yaxşı tərəfdən göstərib. Hazırda da yaxşı formadadır".

Noyabrın 16-da keçiriləcək Azərbaycan - Norveç oyunu saat 21:00-da başlayacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail