Luis Suarez: "Dünyanın ən güclü futbolçusu Messidir"

10.12.2014 | 3809 dəfə oxunub

Barselona"nın uruqvaylı forvardı Luis Suarez "Mundo Deportivo" nəşrinə müsahibə verib. Stadium.az xəbər verir ki, Suarez psixoloji cəhətdən üzərində çalışdığını bildirib:

"Meydanda qəzəbimə nəzarət etmək üzərində çalışıram. Daha öncə etdiklərimin fəsadlarını anlamışam. Onu da bilirəm ki, indi əvvəlkindən 2-3 dəfə daha çox diqqət mərkəzindəyəm. Ağıllı və təmkinli olmaq lazımdır. Tənqidə məruz qalmaq ehtimalı olan istənilən riskli hərəkətdən çəkinməliyəm".

Uruqvaylı hücumçu "Qızıl top" mükafatı haqqında fikirlərini də bölüşüb.

"Elə futbolçu yoxdur ki, "Qızıl top"a sahib çıxmaq istəməsin. Əksini deyən yalan danışır. Dünyanın ən güclü futbolçusu Messidir. Onun qol vurmadığı bir neçə ayda insanların Leo haqqında fikir dəyişməsi təəccüblüdür. Messi dünya çempionatının finalına çıxıb. Manuel Noyer qızıl medala sahib oldu. Kriştianu Ronaldo Çempionlar Liqasında birincilik qazandı. Amma Noyer avrokuboklarda zəif oynadı. Hər insanın "Qızıl top"un sahibi barədə özünəməxsus fikri var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail