"Qəbələ"ni aldatdı, millimizin rəqibinin baş məşqçisi oldu

18.12.2014 | 2759 dəfə oxunub

AVRO-2016-nın təsnifat mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Bolqarıstan yığmasının yeni baş məşqçisi müəyyənləşib. Stadium.az xəbər verir ki, bu posta 39 yaşlı İvaylo Petev təyin olunub. İcraiyyə Komitəsinin toplantısında iştirak edən üzvlər yekdilliklə Petevi Bolqarıstan millisinin baş məşqçisi seçib. Petev bir müddət öncə istefa verən Lyuboslav Penevi əvəzləyəcək. O, növbəti 3 ildə əsas yığmanı çalışdıracaq. 
"Mənə başqa ciddi təkliflər də gəlmişdi. Amma Bolqarıstan millisindən təklif alan kimi bir saniyə belə düşünmədim. Federasiya prezidenti Mixaylov və İcraiyyə Komitəsinə göstərdiyi etimada görə təşəkkür edirəm. Böyük ruh yüksəkliyi, optimizm və ambisiyalarla vəzifəmin başına keçəcəm. Çalışdığım hər yerdə yalnız ən yüksək nəticə üçün mübarizə aparmışam. Eyni hal milli komandada təkrarlanacaq. AVRO-2016-ya vəsiqə qazanmaq imkanları hələ itirilməyib. Mənim üçün əsas olan vizual cəhətdən baxımlı oyun göstərən komanda qurmaq və meydanda nəticələr qazanmaqdır" - Petev deyib. 

Gənc mütəxəsis "Ludogorets Razgrad" və AEL Limassol klublarındakı fəaliyyəti ilə tanınır. Petevin köməkçiləri Aleksey Zelyazkov, Roko Perota və Lyubomir Şeytanov olacaq.

Petev yayda "Qəbələ"yə gələcəyin desə də, sonradan fikrindən daşınaraq vəzifəsində qalmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail