"Canavar" çempionluqdan dəm vurur

25.12.2014 | 3178 dəfə oxunub

"Roma"nın forvardı Françesko Totti "Yuventus"la İtaliya çempionluğu uğrunda gedən mübarizəni şərh edib. Stadium.az xəbər verir ki, veteran futbolçu skudetto və avrokuboklar haqqında fikirlərini bildirib. 

"Yuve" çempionluq mübarizəsinin birinci raundunu qazandı. Amma, əminəm ki, skudettonun taleyi A Seriyasının son həftəsində müəyyənləşəcək. Biz sona qədər döyüşməyə hazırıq. "Roma" ötən ilə nisbətən daha da güclənib. Rudi Qarsianın komandaya gəldiyi vaxtdan müəyyən yolu tutub gedirdik. Oyuna köklənib azarkeşlərə sevinc bəxş etməyə çalışrıq. Gənc və istedadlı futbolçuların sayəsində bu istiqamətdə yolumuza davam edəcəyik. Transfer bazarındakı bir neçə fəaliyyəti ilə "Roma" italyan futbolunun zirvəsinə qayıdacaq. Çempionlar Liqasına geri dönmək vacib amil idi. Avropanın ən güclü klublarına qarşı oynadıq. Düzdür, turnirdə az davam gətirə bildik. Amma xüsusi atmosferi hiss etməyə nail olduq. Mançester və Moskvada vurduğum 2 qol mənim üçün çox əhəmiyyətli idi. Hər halda, əksər futbolçular üçün bu, ilk təcrübə idi. Növbəti mövsümdə bu turnirdə daha yaxşı çıxış etməyə cəhd göstərəcəyik. Hələlik isə diqqətimizi UEFA Avropa Liqasına yönəltmək lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail