Mourinyo: "Həmişə Cerardı öz komandamda görmək istəmişəm"

20.01.2015 | 3476 dəfə oxunub

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo transfer siyasətində ən böyük məyusluğu Cerrardı komandasına gətirə bilməyəndə yaşadığını etiraf edib. Stadium.Az xəbər verir ki, "Don Joze" ingilis yarımmüdafiəçinin qərarına hörmət etdiyini vurğulayıb. O, həm də "Çelsi" azarkeşlərinin Cerrardı məsxərəyə qoymasına qarşı çıxıb. 


"Cerrardı məsxərə etmək üçün "Çelsi" azarkeşlərinin oxuduğu mahnını sevmirəm. Bir-iki dəfə bu əyləncəli görünür. Amma Cerrard kimi hörmətə layiq futbolçuya qarşı  belə davranış yolverilməzdir. Fanatlarımızın oxuya biləcəyi başqa mahnılar var. Stivenin "Liverpul"a heç vaxt qol vurmayacağı barədə sitatını çox bəyənmişdim. Başa düşürəm ki, Cerrard niyə "Çelsi"yə gəlmədi. Onun qərarına hörmət edirəm. Stiven "Liverpul" və Premyer Liqa üçün tarixi futbolçudur. Hər zaman heyran olduğum və hörmət etdiyim rəqib olub. Cerrardı transfer etmək üçün əlimizdən gələni etdik. Demək olar ki, bu keçid baş tuturdu. Makelele, Cerrard və Lemparddan ibarət yarımmüdafiə xətti qurmaq fikrində idim. Həmin vaxt "Çelsi"də "10 nömrəli futbolçu" yox idi. Makelele müdafiəçilərin önünüdə çıxış edirdi. Mən, cənab Abramoviç və Piter Kenyon (red. "Çelsi"nin eks icraçı direktoru) Cerrardı gətirməyi planlaşdırırdıq. Onun ətrafı buna razı olsa da, Stiv özü razılıq vermədi. Cerrard həmişə "qırmızılar"a bağlı olub və düz də edib".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail