Eto'Onun təqdimatı Vaqif Cavadovun komandası ilə oyunda baş tutacaq

25.08.2011 | 4429 dəfə oxunub

"Anji"nin ən səs-küylü transferi Samuel Eto'Onun təqdimat mərasiminin vaxtı müəyyənləşib. Stadium.az xəbər verir ki, Kamerun yığmasının kapitanının sentyabrın 10-da təqdimat mərasimi olacaq. Həmin gün Mahaçqala təmsilçisi öz meydanında millimizin futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu "Volqa" ilə qarşılşaacaq. 

"Anji" ilə 3 illik müqavilə imzalayacaq Samuel dağıstanlı azarkeşlər arasında ilk matçını məhz həmyerlimizin komandasına qarşı keçirəcək. Yeni transferinin yolunu gözləyən "Anji" rəsmiləri bu gün onunla birgə Rostova yollanacaq. Eto'Onun debütünün Rusiya Premyer Liqasının növbəti turunda - avqustun 27-də "Rostov"la səfər oyununda olacağı nəzərdə tutulub. Bundan sonra yığmaların görüşləri ilə əlaqədar çempionatlarda fasilə yaranacaq və "Anji"nin növbəti ev oyunu bundan sonra olacaq.

Qeyd edək ki, Samuel karyerası boyu 9 nömrəli formada çıxışı ilə tanınsa da, yeni komandasında bu imkana malik deyil. Çünki bu nömrə ilə braziliyalı hücumçu Dieqo Tardelli çıxış etdiyindən, kamerunlu 99 nömrəli formanı geyəcək. 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail