Blatter üçün yeni rəqib

28.01.2015 | 3048 dəfə oxunub

Portuqaliya yığmasının, həmçinin “Barselona” və Madrid “Real”ının sabiq futbolçusu Luiş Fiqu maraqlı addımı ilə gündəmə gəlib. Stadium.Az xəbər verir ki, o, FİFA prezidentliyinə namizədliyini irəli sürməyə qərar verib. 

Bununla bağlı danışan Fiqu hazırkı prezident Yozef Blatteri tənqid edib. Ali futbol qurumuna münasibətin dəyişdiyini deyən keçmiş “7 nömrə” çıxış yolunu prezident dəyişikliyində görür: “Mən futbola görə narahat oluram. Son illər FİFA-nın imici çox aşağı düşüb. Sonuncu dünya çempionatı zamanı Braziliyada idim və azarkeşlərin reaksiyalarını gördüm. FİFA-ya olan münasibəti dəyişmək lazımdı. Bunun üçün isə ilk növbədə, rəhbərlik dəyişilməlidi. Fikrimcə, namizədliyimi irəli sürmək üçün ən uyğun vaxtdı”.

Qeyd edək ki, FİFA-nın prezidenti postuna ən real namizəd hazırkı prezident Yozef Blatter sayılır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail