"Lans"ı ikinci liqaya yollayırlar?

30.01.2015 | 5345 dəfə oxunub

2014/15 mövsümü yekunlaşdıqdan sonra azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubu Fransa ikinci liqasına göndəriləcək.

Stadium.az xəbər verir ki, “L’Equipe” nəşrinə istinadən yaydığı xəbərə görə, bununla bağlı Parisin Bezons rayon inzibati məhkəməsi müvafiq qərar çıxarıb.

Məhkəmə digər Fransa klubu – “Soşo”nun iddiası əsasında, “Lans”ın maliyyə kriteriyalarına cavab vermədiyini əsas gətirərək bu qərarı qəbul edib. 

“Lans”n büdcəsi Fransa birinci liqasının tələblərinə cavab verməyib. Buna baxmayaraq,  komanda bu mövsüm yüksək liqaya buraxılıb. Qərara əsasən, komanda cari mövsüm birinci liqada neçənci yeri tutmasından asılı olmayaraq, növbəti mövsümdən ikinci liqada oynamalıdır.

“Lans” ötən mövsüm Fransa ikinci liqasınsa ikici yeri tutaraq birinci liqaya vəsiqə qazanıb. “Lans”dan şikayətçi olan “Soşo” isə ötən mövsüm birinci liqada 18-ci yeri tutaraq ikinci liqaya düşüb. Əgər Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Lans” bu mövsüm brinci liqaya buraxılmasaydı, onu “Soşo” əvəz edəcəkdi.

Hələlik Fransa Futbol Federasiyası “Lans”ı ikinci dəstəyə göndərməklə bağlı rəsmi qərar verməyib. Qarşıdakı iki ayda istər federasiya, istərsə də klubun apellyasiya şikayəti vermək hüququ var.

Əlavə edək ki, 22 turdan sonra “Lans” turnir cədvəlində 20 komanda arasında 19-cu yeri tutur.

Komandanın zəif çıxışına “Lans”ın sahibi Hafiz Məmmədovun ciddi maliyyə problemləri ilə üzləşməsi əsas səbəb kimi göstərilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail