Syomin: "Məşqçilərdən biri hər səhər 7-də onu oyadır və məşq keçirdi" - MÜSAHİBƏ

04.02.2015 | 3767 dəfə oxunub

Ötən mövsüm "Qəbələ"də işləmiş Yuri Syomin yerli mediaya müsahibə verib. Stadium.Az xəbər verir ki, "Mordoviya"da çalışan təcrübəli mütəxəsis "Qəbələ"də forma geymiş Lorenzo Ebesilio haqqında fikirlərini bildirib. Syomin komandası ilə bağlı digər sualları da cavablandırıb.

- Payızda bir sıra futbolçuların zədələnməsi məni narahat edirdi. Yalnız Lorenzo Ebesilioda peşəkarlıqla bağlı problemlər meydana çıxdı. Onun 8 kq artıq çəkisi var. Məşqçilərdən biri Marat Mustafin hər gün Ebesilionu səhər saat 7-də oyadır və indvidual məşqlər keçirdi. Hər halda şübhəm var ki, bu futbolçu yazda meydana çıxsın".

- Klubun qışda ən səs-küylü transferi portuqaliyalı Yannik Djalo oldu. Onun barəsidə məlumat verərdiniz...
- Kifayət qədər uğurlu karyeraya malik Djalonun komandamıza gəlməsi mənim üçün xoş sürpriz oldu. O, hamının xoşuna gəldi. Yannik özü də "Mordoviya"nı bəyəndi. Onunla qarşılqlı anlaşmanı qısa müddətdə təmin etdik. Görək, Djalo Rusiyanın iqlim şəraitində necə təsir bağışlayacaq. Eyni zamanda süni ot örtüyünə adaptasiyası da vacib məsələdir. Sergey Samodini icarədən qaytardıq. Daha 3 oyunçu baxışa gəlmişdi. Amma bizə əsas heyət üçün konkret futbolçular lazımdır.

- Rusiya klublarındakı dəyişiklikləri izləyirsiniz?
- Əlbəttə. Düzü, Dumbia kimi parlaq futbolçunun Premyer Liqadan getməsinə təəssüflənirəm. Lakin həmin məbləğə Dumbianı da göndərmək olardı. CSKa-ya yeni nəfəs də lazımdır.

- "Spartak" və Dzyuba haqqında nə demək olar?
- Özümdə situasiya haqqında şərh vermək səlahiyyətini görmürəm. Təkcə bir şey deyə bilərəm. İstənilən konfliktdə klubun maraqları nəzərə alınmalıdır. Yalnız bu halda bizim futbolda intizam olacaq.

- "Zenit"in çempionluğu təmin etdiyini söyləyə bilərik?
- Rusiya çempionatında ən yaxşı oyunçular "Zenit"də çıxış edir. Onların turniri qazanmaq şansları böyükdür. Amma "piterlilər"in qarşısında duran əsas vəzifə Çempionlar Liqasında Rusiya futbolunu layiqincə təmsil etməkdi. Neçənci dəfədir ki, bu, onlarda alınmır.

- Rusiya millisini izləyirsiniz?
- Təəssüf ki, hazırda izləməli bir şey yoxdur. Braziliyada yaşanan uğursuzluqdan sonra millidəki səhvlərin korreksdiyasını görə bilmirəm. Hətta eşitdiyimə görə, milli komanda üçün xüsusi məşq bazası yaratmaq istəyirlər ki, hər dəfə otelləri gəzməsinlər. Uşaq futbolunda mövcud problemlərə biganə yanaşmanı da müşahidə edirəm. Fabio Kapelloya məvacibinin ödənilməməsi məsələsinə heç toxunmuram. Elə təsəvvür yaranır ki, məvacibi ödəsələr, həyat bir anda dəyişəcək. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail