Hollandiya qrup birincisi olmasa da, Avro 2012-yə gedəcək

08.09.2011 | 5105 dəfə oxunub

Avro-2012-nin final mərhələsində çıxış edəcək daha bir komandanın adı məlum olub. Stadium.az xəbər verir ki, Hollandiya yığması da Polşa və Ukraynada keçiriləcək qitə birinciliyində iştirak edəcək.
“Narıncılar” bu vəsiqəni seçmə mərhələnin Moldova ilə görüşündəki qələbədən (2:0) 1 gün sonra qazanıb. Belə ki, UEFA-nın divarları arasında aparılan hesablamalardan sonra qurum Hollandiyanın final mərhələsinə çıxdığını bəyan edib.
Məsələ ondadır ki, final mərhələsinə ötən matç çıxan Almaniya, həmçinin sentyabrın 6-da bu vəsiqəni təmin edən İspaniya və İtaliyadan fərqli “narıncılar” qrup qalibi adını təmin etməyib. Çünki hesabında 24 xal olan hollandlar nəzəri cəhətdən ilk pilləni İsveçə verə bilər. Lakin son 2 matçda məğlub olacağı halda belə onlar ən yaxşı qrup ikincisi olacaq.
Məsələ ondadır ki, 24 xalın 18-ni ilk 5 yerin sahibindən alan Bert van Marveykin yetirmələri qrup ikincisi olsa digər 2-ci yer sahibləri üçün əlçatmaz olacaq. UEFA-nın açıqlamasında da bu əks olunub: “UEFA Hollandiya yığmasının Avro-2012-nin final mərhələsində oynayacağını yalnız təsdiqləyə bilər. Onların 8 oyundan sonra 24 xalı var. Hollandların göstəricisi 2-ci yeri tutması mümkün olan bütün komandalardan yaxşıdır”.
Qrupunda 2-ci yeri tutan 9 komandanın nəticələri müqayisə olunarkən 6-cı yerlə oyunlar nəzərə alınmır. Digər 8 oyunda ən yaxşı nəticəyə malik komanda birbaşa Avro-2012-yə yüksəlir, digərləri isə pley-offda qüvvəsini sınayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail