Blatter yenidən FIFA prezidenti seçildi

30.05.2015 | 2884 dəfə oxunub

Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçirilib. Stadium.az xəbər verir ki, seçki ali futbol qurumunun 65-ci Konqresi çərçivəsində baş tutub.

Bu vəzifəyə namizədlər qurumun hazırkı rəhbəri, 79 yaşlı Yozef Blatter və 39 yaşlı İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyndir.

Prezident seçkilərində Azərbaycan da daxil omlaqla FİFA-ya üzv olan 209 ölkə əlifba sırası ilə səs verib.

İlk turda qurumun hazırkı prezidenti Yozef Blatter 133 səs toplayıb. İkinci namizəd Əli ibn Əl-Hüseyn 73 səs yığıb. Üç büllleten isə etibarsız sayılıb.


Yeni prezident ilk turdaca qalib gəlmək üçün 209 üzv iştirak edəcəyi halda 140 səs toplamalı idi. Blatterin ilk turda qalib olmaq üçün 7 səsi çatmayıb.

Lakin səsvermənin nəticəsi açıqlandıqdan sonra Əli ibn Əl-Hüseyn namizədliyin geri götürdüyünü bildirib. Nəticədə yeganə namizəd olan federasiyanın indiki prezidenti Yozef Blatterin beşinci müddətə ali futbol qurumuna rəhbərlik edəcəyi müəyyənləşib.  O, bundan əvvəl 1998, 2002, 2006 və 2012-ci illərdə keçirilən seçkilərdə qalib gəlmişdi.

Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail