Serblər Ronaldoya "Neftçi"nin qapıçısını nümunə çəkdi

15.09.2011 | 5461 dəfə oxunub

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Dinamo” (Zaqreb) – “Real” (Madrid) matçı xoşagəlməz hadisələrlə zəngin olub. Stadium.az xəbər verir ki, qonaq komandanın məşhur futbolçusu Kriştianu Ronaldo yaşanan olaylardan az qala dəliyə dönüb. 
Bir yandan Yerko Lekonun 90 dəqiqə boyu imkan tapan kimi təpiklədiyi hücumçu azarkeşlərin şüarlarından da bezib. “Maksimir” stadionuna toplaşan minlərlə azarkeş planetin ən güclü 2 futbolçusundan biri olan Ronaldonu əsəbiləşdirmək üçün Lionel Messinin adını çığırıblar.
“Messi, Messi” sədaları altında əsəbiləşən Ronaldoya isə ən maraqlı məsləhəti Serbiya mətbuatı verib. 
Serb həmkarlarımız portuqaliyalı ulduza kimdən və nəyi öyrənmək lazım olduğunu dərc edib: “Kriştianu, get, Azərbaycanın “Neftçi” klubunda oynayan Saşa Stamenkoviçə zəng et! O, səni yaxşı başa düşüb, məsləhət də verər. “Maksimir” stadionunda həmyerlimiz də sənin kimi təhqirlərə məruz qalmışdı. Özü də milli zəmində təhqirlərə. Leko ilə də problemi olmuşdu. Bu təhqirlərdən sonra ləyaqətini qoruyan Saşa cavab oyununda onun dərsini verdi. Get, Stamenkoviç bunları sənə öyrətsin”.
Saşa Bakıdakı oyunda Lekonun üzünə tüpürmüşdü. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail