Avroliqanın qalibi nə qədər pul qazanacaq?

15.09.2011 | 4834 dəfə oxunub

UEFA Avroliqada çıxış edən klublara verəcəyi mükafatların məbləğini təsdiqləyib. Stadium.az xəbər verir ki, 2011/12 mövsümündə qitənin 2-ci dərəcəli yarışına qatılan komandalar ümumilikdə təxminən 150 milyon avro qazanacaqlar.
Kommersiya gəlirinin 200 milyon avro olacağını gözləyən UEFA bunun 75 faizini klublara paylayıb, yerdə qalan hissəsini ehtiyat fonduna qoyacaq. Qrup mərhələsinə çıxan komandalar bunun üçün 640, üstəlik, 6 oyunun hər biri üçün 60 min avro əldə edəcək. Qələbə əlavə 140 min, heç-heçə bunun yarısını gətirəcək. 
1/16 finalda oynamaq 200, 1/8 finalçı olmaq 300 min əlavə xeyir gətirəcək. 1/4 finalın qiyməti 400, yarımfinalın isə 700 mindir. Bütün bu məbləğləri qazana-qazana finala çıxan kollektivlər isə daha da zənginləşə bilər. Belə ki, həlledici matçda qələbə 3, məğlubiyyət 2 milyon avro mükafat qazandıracaq.
Yarışın qalibinin 6,44 milyon avro qazana biləcəyi gözlənilir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail