"Beşiktaş"ın yeni transferi danışdı

31.07.2015 | 2565 dəfə oxunub

“Beşiktaş”ın yeni transferi Mario Qomez komandaya keçidi barədə danışıb. Stadium.az xəbər verir ki, Qomez bunları söyləyib:

“Bu yeni macəra səbəbiylə həyəcanlıyam. Həyatım futbol və bundan zövq alıram. Mənim üçün tək meyar müvəffəqiyyət qazanmaqdır. Müvəffəqiyyətli olacağıma inanıram. Gəlmədən əvvəl Türkiyədə oynamış Alman oyunçulara suallar  verdim. Hilbert mənə məlumat verdi. “Beşiktaş”ın dünyanın ən yaxşı azarkeşinə sahib olduğunu izah etdi. Burada möhtəşəm bir qarşılama gördüm. Yaşadığım müvəffəqiyyətləri burada təkrarlamaq istəyirəm. Qol sayma düşmüş ola bilər, amma şanssız zədələr yaşamışdım. İndi onlar geridə qaldı. Fiziki və mənəvi olaraq hazır vəziyyətdəyəm. “Beşiktaş” formasıyla uğur göstərərək gələn yaz keçiriləcək  Avropa çempionatında Almaniya milli komandasında olmaq istəyirəm. “Fiorentina” ilə birlikdə sıx bir iş tempi yaşadım. İki üç gün məşq itkim var, amma onu da düşərgədə xüsusi məşq proqramlarıyla bağlayacam. Liqa başlayana qədər tamamilə hazır hala gələcəyik. Komandada bir çox Almanca danışan oyunçu var. Beck ilə də danışmaq fürsətim oldu və Beck mənə “Beşiktaş”ın nə qədər böyük bir klub olduğunu izah etdi. Sosan da tanıyıram, birlikdə oynadıq. Komandaya uyğunlaşma mövzusunda problem yaşayacağıma inanmıram. Komandadakı gənc oyunçulara təcrübəmlə kömək etməyə  hazıram. Təcrübəli oyunçular gənc oyunçulara çox çox məlumat verməlidir. Uğur yönümlü olaraq çalışsaq əlimdən gəldiyi qədər yüksək hesablara çıxmağa çalışaram. Özümü mövsüm əvvəli hədəfləmirəm. Əhəmiyyətli olan çempion olmaq və kuboklar qazanmaqdı. İşimiz çox asan deyil. Klubun mənə yanaşması çox isti oldu. İdarəçilər mənə təsir etdi. “Fiorentina”dan xoşbəxt idim. Mənə göstərilən maraq burada olmağıma səbəb oldu. Çox zaman 33 nömrəli formanı geydim. O forma boşsdursa onu geymək istəyirəm. İlk illərimdə da 9 nömrəli formanı geymişdim. Formanı sevdim. Qara və ağ sevdiyim rənglər arasındadır. Çox həyəcanlıyam. Liqanın bir an əvvəl başlamasını istəyirəm. Yaxın zamanda taraftararımızla “Vodafone Arena”da görüşmək istəyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail