"Atletik"in baş məşqçisi: "Qələbəyə baxmayaraq hələ mərhələ keçdiyimizi söyləmək olmaz"

31.07.2015 | 3598 dəfə oxunub

"Atletik"in baş məşqçisi Ernesto Valverde Avropa Liqasının III təsnifat mərhələsinin "İnter"lə oyunundan sonra (2:0) mətbuat konfransında qarşılaşmayla bağlı danışıb. Stadium.az xəbər verir ki, Valverdi cavab matçı barədə qayğılı danışıb:

"Yeni mövsümdə ilk rəsmi oyunumuz idi. Komanda yaxşı oynadı. Hesabın daha böyük olmasını istərdim. Ancaq mərhələ adlamaq üçün bu da yaxşı nəticədir.

"İnter" oyunu müdafiədən qurmuşdu. Bu, onlarda yaxşı alındı. Lakin sonda iki qol vurmağı bacardıq. Qələbəyə baxmayaraq hələ mərhələ keçdiyimizi söyləmək olmaz. Cavab matçının çətin olacağını bilirəm. Rəqibin heyətində qapıçı (Səlahət Ağayev), 7 (Nika Kvekveskiri) və 11 (Rauf Əliyev) nömrəli futbolçuların oyununu bəyəndim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail