Steven Cerard: "Sonra anladım ki, Mourinyo haqlı imiş"

15.09.2015 | 3258 dəfə oxunub

"Liverpul"un eks kapitanı Stiven Cerrard 1 mövsüm birlikdə oynadığı Mario Balotelli barədə fikirlərini bölüşüb. Stadium.az "Daily Mail"ə istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi şəxsi avtobioqrafiyasında Balotelli barədə bunları yazıb:

"Balotelliyə hörmət edirdim. Hərdən çox nəzakətli olurdu. Mənim üzümdə təbəssüm yarada bilirdi. Hələ də ümidim var ki, onun karyerası yoluna düşəcək və Mario öz potensialını müntəzəm olaraq nümayiş etdirəcək. "Liverpul"da keçirdiyim son mövsümdə Rocers mənə yaxınlaşıb dedi: "Bilirsən, bir neçə futbolçunu transfer edə bilmədik. Belə görünür ki, böyük transfer qalmayıb. Azart oyuna bənzər bir variant var - Mario Balotelli". İlk reaksiyam təccüb oldu. Mario ilə heç vaxt görüşməmişdim. Amma Joze Mourinyonun onun barədə "idarə olunmaz" deməsindən xəbərim vardı. Mənə elə gəlirdi ki, düzgün əhval-ruhiyyədə olanda Balotelli səviyyəli futbolçudur. Qalan vaxtlarda isə istedad israfı. Onunla heç bir problemim yox idi. Ona hər şeydə kömək edirdim və tərifləməyə çalışırdım. Sonra anladım ki, Mourinyo haqlı imiş. Mario çox istedadlıdır. Dünya səviyyəli futbolçu olmaq imkanına malikdir. Lakin öz mentalitetinə və əhatəsindəki insanlara görə buna heç vaxt nail olmayacaq. O, müsahibə zamanı artıq sözlər danışır, məşqlərə müntəzəm gecikir və həmişə diqqət mərkəzində qalmaq istəyir. Həddən çox yanlışları var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail