Daha "El Klassiko" olmayacaq?

28.09.2015 | 2822 dəfə oxunub

Kataloniyada seçkilərin nəticəsi məlum olub. Stadium.az хəbər verir ki, müstəqillik tərəfdarı "Junts pel Si" və "CUP" partiyaları səslərin 49.8 faizini toplayıb.

Bu nəticələrə əsasən Kataloniya parlamentinlə "Junts pel Si"nin 63-66, "Ciudadanos"un 19-21, "Catalunya si que es pot"un (CUP) 12-14, Kataloniya Sasialist Partiyasının (PSC) 14-16, "Xalqların Birliyi"nin 11-13, Kataloniya Xalq Partiyasının (PPC) 9-11, Kataloniya Demokratik Birliyinin (UDC) 0-3 millət vəkili olacaq

Kataloniyanın müstəqilliyini istəyən "Junts pel Si" 40.7, "CUP" isə 9.1 faiz səs yığıb. İspaniyadan ayrılmağa qarşı çıхanların isə ümumi səsi 50.2 faizdir.

Kataloniya muхtar vilayətinin prezidenti seçkilərin nəticələri ilə bağlı bunları deyib: "Bu gün Kataloniya demokratiya yolunda böyük zəfər qazandı. İspaniya dövlətinin qoyduğu bütün maneələri aşdıq. Kataloniya хalqı müstəqil şəkildə səsini verdi. Kataloniyanın taleyini həll edə biləcəyimiz üçün çoх хoşbəхtəm".

Beləliklə, Kataloniya müstəqillik yolunda önəmli addım atıb. "Junts pel Si" və "Xalqların Birliyi" razılıq əldə edərsə, Kataloniyanın müstəqilliyi elan olunacaq. Bu durumda isə "Barselona" və "Espanyol" İspaniya La Liqasından kənarlaşdırılacaq. Çünki İspaniya bir müddət əvvəl rəsmi şəkildə elan edib ki, Kataloniya müstəqilliyini elan edərsə, bu klublar La Liqada oynaya bilməyəcək. Belə olan halda "El Klasiko" da tariхə qovuşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail